"Qalatasaray"ın futbolçusuna ərəblər "elçi düşdü"

"Qalatasaray"ın oyunçusu Barış Alper Yılmaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
90plus.az xəbər verir ki, NEOM klubu türkiyəli vingeri transfer etmək niyyətindədir. Bu barədə məlumatı Türkiyə mediası yayıb.
Səudiyyə təmsilçisi artıq “Qalatasaray” klubuna rəsmi müraciət ünvanlayaraq futbolçu ilə bağlı ətraflı məlumat istəyib. Super Liqa təmsilçisi Barışın satışına qarşı çıxmır. Klub, oyunçu üçün 45-50 milyon avro aralığında təzminat tələb etməyi planlaşdırır.
Xatırlatma: “Qalatasaray” Barış Alper Yılmazı 2022-ci ilin yayında “Ankara Keçiörengücü” klubundan heyətinə cəlb edib. 25 yaşlı futbolçu Türkiyə millisinin də üzvüdür və Super Liqanın ilk turunda “Qaziantep”ə qarşı keçirilən oyunda 2 dəfə fərqlənib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved