"Qalatasaray"ın gənc futbolçusuna bəraət verildi
"Qalatasaray"ın futbolçusu Metehan Baltacı ilə bağlı məhkəmə qərarı verilib.
90plus.az xəbər verir ki, Metehan Baltacı barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək onun azadlığa buraxılmasına qərar verilib.
Gənc futbolçu “futbolda bahis və şike” işi çərçivəsində təxminən 4 aya yaxın müddətdə həbsdə saxlanılırdı. O, ilk dəfə hakim qarşısına çıxarılıb və məhkəmə prosesində özünü təqsirli bilmədiyini bildirib.
Məhkəmə iclasında çıxış edən Metehan Baltacı ittihamları qəbul etmədiyini, qanunsuz fəaliyyətlə əlaqəsinin olmadığını vurğulayıb.
İclasın sonunda məhkəmə heyəti futbolçunun həbsdə keçirdiyi müddəti nəzərə alaraq onun barəsində azadlığa buraxılma qərarı verib. Növbəti məhkəmə iclasının isə daha sonrakı tarixə təyin olunduğu bildirilib.
© Copyright 2026, All Rights Reserved