"Qalatasaray"ın hücumçusu "Bayern"ə doğru
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Bayern Münhen”ə təklif edilib.
90plus.az xəbər verir ki, nigeriyalı futbolçu Münhen təmsilçisində çıxış etməyə müsbət yanaşır.
Ancaq əsas çətinlik ondan ibarətdir ki, bu transfer reallaşarsa, Osimhen hücum xəttində Harri Keyndən sonra ikinci alternativ olacaq.
Osimhenin “Bayern Münhen”ə keçidi yalnız Keynin komandadan ayrılması ehtimalı yaranacağı halda mümkün sayılır.
Bunun isə 2027-ci ilin yayına qədər baş verməsi gözlənilmir. Qeyd edək ki, Osimhenin “Qalatasaray”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved