"Qalatasaray"ın yarımmüdafiəçisi Braziliya milli komandasının diqqətində

Braziliya millisinin vəzifəli şəxsləri "Tottenhem"lə matçda Qabriel Saranı izləməyə gələcəklər.
90plus.az xəbər verir ki, Braziliya Milli Komandasının baş məşqçisi Dorival Juniorun, "Qalatasaray"ın "Tottenhem"la oynayacağı Avropa Liqası oyununa nümayəndə göndərəcəyi öyrənilib.
"Ali Sami Yen"də keçiriləcək oyunda sambalı ulduz milli komanda nümayəndələri tərəfindən izləniləcək.
13 ASİST
Super Liqada 5 asistlə zirvədə olan sambalı futbolçu, 25 yaşlı ulduz ötən mövsüm "Norwich City" forması ilə 13 asist etmişdi.
"Sara", "Beşiktaş"la oynanan derbidə 2 asist edərək, "Fənərbağça"ya da Kadıköydə qol vurmağı bacarmışdı.
© Copyright 2025, All Rights Reserved