Qana futbolunda qanlı hadisə yaşandı
Qanlı hadisə: 20 yaşlı futbolçu silahlı hücumda həyatını itirdi.
90plus.az xəbər verir ki, Qanada futbol ictimaiyyətini sarsıdan faciə baş verib.
Dominik Frimponq silahlı soyğun zamanı öldürülüb. 20 yaşlı futbolçu “Berekum Çelsi” klubunun üzvü idi.
Hadisə komandanın Qana Premyer Liqasında “Samarteks” ilə keçirdiyi oyundan geri qayıdarkən baş verib. Məlumata görə, komanda avtobusu geri manevr edərkən silahlı şəxslər hücuma keçib və atəş açıblar. Açılan atəş nəticəsində Frimponq baş nahiyəsindən ağır yaralanıb.
Futbolçu dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, hadisə zamanı başqa xəsarət alan olmayıb.
Bu faciəli olay Qana futbolunda dərin hüzn yaradıb. Klubun və futbol ictimaiyyətinin gənc oyunçunun itkisi ilə bağlı yaxın günlərdə rəsmi açıqlama verməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved