Qanalı qapıçı Atı Ziqi türk xanımla evləndi
Qana millisinin üzvü Atı Ziqi Aydın Quş Adasında türkiyəli xanımla ailə həyatı qurdu.
90plus.az xəbər verir ki, İsveçrə çempionatında boy göstərən "Sent Qallen" komandasının Qanalı qapıçısı Atı Ziqi türkiyəli xanım Perihan Kirli ilə dünya evinə girdi. Cütlüyün toyu Türkiyədə Aydın şəhərində baş tutub.
Qeyd: Atı Ziqi bu mövsümün əvvəlində "Trabzonspor" - "Sent Qallen" matçında əla qurtarışları ilə yadda qalmışdı.
© Copyright 2026, All Rights Reserved