Qara Qarayev məşqçilik yolunda
Qara Qarayev məşqçilik yolunda addımlayır.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ” klubunun sabiq futbolçusu Qara Qarayev məşqçilik karyerasında inkişafını davam etdirir.
O, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan UEFA B kateqoriyalı məşqçi kursunun III mərhələsində iştirak edir. Aprelin 16-dək davam edəcək məşğələlərə Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Qeyd: Futbolçu karyerasını başa vurduqdan sonra Qarayev artıq U-21 yığmamızda məşqçi kimi fəaliyyət göstərir və bu istiqamətdə təcrübəsini artırır.
© Copyright 2026, All Rights Reserved