"Qarabağ" 18.6 milyon avro qazana bilər

"Qarabağ" UEFA Çempionlar Liqasında "Dinamo" səddini keçsə 19 milyon avroya yaxın vəsait qazana bilər.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin gəlirlərini açıqlayıb. ”Qarabağ" Çempionlar Liqasının pley-offunda "Dinamo"nu məğlub edib, liqa mərhələsinə yüksəlsə, 18.6 milyon avro qazanacaq.
Qurban Qurbanovun komandası pley-off mərhələsində iştirak etməklə 4.29 milyon avro qazanacaq.
© Copyright 2025, All Rights Reserved