"Qarabağ" 3-cü təsnifat mərhələsində

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb.
90plus.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda "Shelbourne" klubu ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ" növbəti – üçüncü təsnifat mərhələsinə adlayıb. Ağdam təmsilçisi bu mərhələdə FKSB (Rumıniya) və "Şkendiya" (Şimali Makedoniya) komandalarından birinin qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
İkinci təsnifat mərhələsi, cavab görüşləri
"Qarabağ" 1:0 "Şelburn"
J.Martin 44' (ö.q)
Qol və epizodlar:
https://t.me/doxsanplus/105663
https://t.me/doxsanplus/105665
https://t.me/doxsanplus/105676
https://t.me/doxsanplus/105668
© Copyright 2025, All Rights Reserved