"Qarabağ" "Ayaks"dan 8 qol buraxdı
Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində son – 6-cı tur qarşılaşmasına çıxıb.
90plus.az xəbər verir ki, Ağdam klubu doğma meydanda "Ayaks"ı qəbul edib.
"Azərsun Arena"da keçirilən görüş Niderland təmsilçisinin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvvəlki 5 oyunun hamısında məğlub olan "Qarabağ" U-19 turnirdə son – 36-cı pillədə qərarlaşır. "Ayaks" isə 10 xalla 13-cü yerdədir. Turnir cədvəlinə 16 xalı olan "Çelsi" başçılıq edir.
UEFA Gənclər Liqası, 6-cı tur
"Qarabağ" U-19 0 — 8 "Ayaks" U-19
Unuvar E. 32’, 43’, 48’, 64’
Ouazane A. 37’
Acheampong L. 68’, 77’
Teymurov R. 86’ (ö.q)
© Copyright 2026, All Rights Reserved