"Qarabağ" - "Ayntraxt" matçı isveçrəlilərə tapşırıldı
Çempionlar Liqasının “Qarabağ” – “Ayntraxt” matçını idarə edəcək hakimlər açıqlanıb.
90plus.az xəbər verir ki, görüşü İsveçrədən olan hakim briqadası idarə edəcək.
Baş hakim vəzifəsini Sandro Scharer yerinə yetirəcək. Ona həmvətənləri Stephane De Almeida və Jonas Erni kömək edəcək. Dördüncü hakim funksiyasını Johannes von Mandach icra edəcək. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fahndrich fəaliyyət göstərəcək. UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.
“Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-i, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved