"Qarabağ" Bakıda turu verdi - 7 qol
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
90plus.az xəbər verir ki, baş məşqçisi Qurban Qurbanov olan Ağdam təmsilçisi İngiltərənin "Nyukasl" klubu ilə görüşdə 1:6 hesablı məğlubiyyətlə üzləşib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaqların heyətində Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) fərqləniblər.
"Qarabağ"ın yeganə qolunu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyev vurub.
MATÇDA VURULAN QOLLARA BU CÜMLƏYƏ KLİK EDƏRƏK KEÇİD EDİN
Cavab matçı fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
© Copyright 2026, All Rights Reserved