“Qarabağ” Çempionlar Liqasının pley-offunda!

“Qarabağ” tarix yazdı – Çempionlar Liqasının pley-off mərhələsində!
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində möhtəşəm nəticə göstərən “Qarabağ" tarixində dördüncü dəfə turnirin pley-offuna adlayıb.
Bakıdakı cavab oyununda Qurban Qurbanovun komandası Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edib. Görüşü niderlandlı tanınmış hakim Denni Makkeli idarə edib. İlk dəqiqələrdən üstünlüyü ələ alan Ağdam klubu rəqibini 5:1 hesabı ilə darmadağın edib. Ümumi hesab 6:1 olub:
Qarabağ 5-1 Şkendiya
Ümumi hesab: 6-1
Tamba 10'
Cake 16' (öz qapısına)
Borqes 18'
Nəriman Axundzadə 33'
Yankovic 35'
Leandro 58'
Qollar:
https://t.me/doxsanplus/106055
https://t.me/doxsanplus/106056
https://t.me/doxsanplus/106058
https://t.me/doxsanplus/106059
https://t.me/doxsanplus/106060
https://t.me/doxsanplus/106066
Bu nəticə ilə “Qarabağ” həm də ən azı Avropa Liqasının Liqa mərhələsini təmin edib. Pley-offdakı rəqib isə Macarıstanın “Ferensvaroş” və Bolqarıstanın “Ludoqorets” klubları arasında keçirilən cütün qalibi olacaq. İlk oyun 0:0 hesabı ilə başa çatıb.
Ağdam təmsilçisi bundan əvvəl 2017/18, 2022/23 və 2024/25 mövsümlərində də Çempionlar Liqasının pley-offunda iştirak etmişdi.
© Copyright 2025, All Rights Reserved