“Qarabağ” ÇL üçün iştirak ərizəsini açıqladı

“Qarabağ”ın ÇL üçün sifariş siyahısı açıqlandı.
90plus.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Siyahıda diqqət çəkən məqam yay transfer pəncərəsində komandaya qoşulan ispaniyalı yarımmüdafiəçi Xoni Montiel və millimizin üzvü Aleksey İsayevin adlarının olmamasıdır.
📋 Ərizə belədir:
Qapıçılar:
Şahrudin Məhəmmədəliyev (1), Mateuş Koxalski (99), Fabiyan Buntiç (97)
Müdafiəçilər:
Mateus Silva (2), Bədavi Hüseynov (55), Abbas Hüseynov (30), Elvin Cəfərquliyev (44), Dani Bolt (18), Kevin Medina (81), Sami Mmaee (3), Bəhlul Mustafazadə (13)
Yarımmüdafiəçilər:
Toral Bayramov (27), Kadi Borges (20), Pedro Bikalyo (35), Marko Yankoviç (8), Kris Kuaku (6), Leandro Andrade (15), Abdullah Zubir (10), Aleksey Kaşuk (21), Hikmət Cəbrayılzadə (32)
Hücumçular:
Kamilo Duran (17), Emmanuel Addai (11), Musa Qurbanlı (22), Nəriman Axundzadə (90)
Beləliklə, Qurban Qurbanovun komandası Çempionlar Liqasının əsas mərhələsində məhz bu heyətlə mübarizə aparacaq.
“Qarabağ”ın Çempionlar Liqasındakı oyun cədvəli:
16 sentyabr | saat 23:00 (Bakı vaxtı ilə
“Benfika” – “Qarabağ”
1 oktyabr | saat 20:45 (Bakı vaxtı ilə
“Qarabağ” – “Kopenhagen”
22 oktyabr | saat 20:45 (Bakı vaxtı ilə)
“Atletik” – “Qarabağ”
5 noyabr | saat 21:45 (Bakı vaxtı ilə)
“Qarabağ” – “Çelsi”
26 noyabr | saat 00:00 (Bakı vaxtı ilə)
“Napoli” – “Qarabağ”
10 dekabr | saat 21:45 (Bakı vaxtı ilə)“Qarabağ” – “Ayaks”
21 yanvar | saat 21:45 (Bakı vaxtı ilə)“Qarabağ” – “Frankfurt”
29 yanvar | saat 00:00 (Bakı vaxtı ilə)“Liverpul” – “Qarabağ”
© Copyright 2025, All Rights Reserved