"Qarabağ" çox güclüdür" - "Linkoln"un baş məşqçisi

“Linkoln” klubunun baş məşqçisi Xavi Munyos “Qarabağ” klububa qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında açıqlama verib.
90plus.az xəbər verir ki, X.Munyos matçda əzmkar olacaqlarını söyləyib:
“Keçən il də buraya səfər etmişdik. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz barədə xoş təəssüratlar buraxmaq istəyirik. “Qarabağ” çox güclüdür. Əzmkar olacağıq. Bunu görəcəksiniz”.
Qeyd: “Qarabağ”-“Linkoln” matçı iyulun 30-u, saat 20:00-da baş tutacaq. Onlar arasında keçirilən ilk oyun "Qarabağ"ın 2-0 hesablı qələbəsi ilə nəticələnib.
© Copyright 2025, All Rights Reserved