“Qarabağ” daha bir transferə yaxındır

“Qarabağ” Sambou Soumano transferində sona yaxınlaşır.
90plus.az xəbər verir ki, “Qarabağ” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyə hazırlaşır. Ağdam klubu Fransanın “Lorient” komandasında çıxış edən Sambou Soumano ilə razılığa gəlməyə yaxındır.
24 yaşlı hücumçu ilə bağlı danışıqlar müsbət məcrada davam edir. Soumano həm də “Seltik”in maraq dairəsində olsa da, Şotlandiya klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilməməsi Azərbaycan təmsilçisinin üstünlüyünü artırıb.
Məlumata görə, “Qarabağ” artıq “Lorient”lə bir çox detalları razılaşdırıb və transferin tezliklə yekunlaşması gözlənilir.
Soumano cari mövsümdə Liqa 1-in 2-ci turunda “Rennes”ə qarşı keçirilən görüşdə (0:4) qol sevinci yaşayıb.
🔗Mənbə: Futbolinfo
© Copyright 2025, All Rights Reserved