"Qarabağ" iki transfer birdən etdi

“Qarabağ” U-19 heyətini iki nigeriyalı futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, komandaya Nigeriyanın “Beyond Limit” akademiyasından iki gənc oyunçu qoşulub:
“Sözügedən akademiya ilə əməkdaşlığımız var idi. Bizə müraciət etdilər və futbolçuları göndərdilər. Onlar – sağ cinah oyunçusu Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hələlik viza məsələləri tam həll olunmadığı üçün hər iki futbolçu ilk oyunda iştirak etməyəcək.”
Xatırlatma: “Qarabağ” U-19 komandası UEFA Gənclər Liqasının birinci mərhələsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. Matç sentyabrın 16-da Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved