"Qarabağ" Mourinyoya qapı açdı

Keçən mövsüm "Fənərbağça"nın başına gətirilən və bu mövsüm klubla yolları ayrılan portuqaliyalı baş məşqçi Jose Mourinhonun yeni ünvanı bəlli olub.
90plus.az xəbər verir ki, klub rəhbərliyinin Bruno Laqe ilə yollarını ayırmasından sonra "Benfika" rəhbərliyi ilə ilkin razılıq əldə edildiyi bildirilir.
Məlumatlara görə, "Benfika"nın iclasında qərar qəbul edilərək Mourinho ilə prinsipcə anlaşma əldə olunub. Rəsmi açıqlamanın qısa müddət içində verilməsi gözlənilir. Gələcək qərarlarla bağlı klubun yaxın günlərdə rəsmi bəyanat yayımlayacağı bildirilib.
"Benfika"da baş verən son dəyişikliklər isə birbaşa Bruno Laqe ilə bağlı olub. Laqe UEFA Çempionlar Liqasında öz meydanında "Qarabağ" FK-ya qarşı 2:0 öndə olduqları halda 3:2 hesabı ilə məğlub olduqdan sonra vəzifəsindən azad edilib. Bu məğlubiyyət Portuqaliya klubunda rəhbərliyə təcili qərar verməyə vadar edib.
Xəbərlərdə Mourinhonun yeni komandasında artıq şənbə günü keçiriləcək səfər matçının ehtimal olunan heyətində yer alacağı, ilk oyunlarda məşqçi heyətinin yanında olacağı qeyd edilir. Klub və Mourinhonun rəsmi açıqlaması verənə qədər məsələni dəqiqləşdirmək çətindir, lakin tərəflər arasında ilkin razılığın əldə edildiyi xəbərləri iddiaları gücləndirir.
© Copyright 2025, All Rights Reserved