“Qarabağ” pley-offda bu klubla qarşılaşacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi artıq məlumdur.
90plus.az xəbər verir ki, bu gün 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferensvaroş” klubu Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edib. İlk oyunu qolsuz başa çatan qarşılaşmanın cavabında meydan sahibləri inamlı qələbə qazanıblar – 3:0.
Ferencvaroş 3-0 Ludoqorets
Ümumi hesab: 3-0
Varga 39' 79'
Szalai 86'
Beləliklə, “Qarabağ” pley-off mərhələsində “Ferensvaroş”la qarşılaşacaq. İlk oyun avqustun 19-da Macarıstan paytaxtında, cavab görüşü isə avqustun 27-də Bakıda baş tutacaq.
Qeyd: Tərəflər daha əvvəl də Çempionlar Liqasında üz-üzə gəlib. 2022-ci ildə 3-cü təsnifat mərhələsində Bakıda 1:1 hesablı bərabərlik edən Qurban Qurbanovun komandası səfərdə 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi.
© Copyright 2025, All Rights Reserved