“Qarabağ” rəqib azarkeşlərin biletlərini satır

“Qarabağ” “Şkendiya” azarkeşləri üçün nəzərdə tutulan biletləri satışa çıxarır.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı qəbul edəcək “Qarabağ” rəqib azarkeşlər üçün ayrılmış biletləri yerli fanatlara təqdim edəcək.
Klubun rəsmi məlumatına görə, Şimali Makedoniya təmsilçisinin tərəfdarları Bakıya səfər etməyəcəklər.
Bunun nəticəsində 27-ci və 28-ci sektorların biletləri 12 avqust saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Biletləri iTicket.az onlayn platformasından, Park Bulvardakı “Qarabağ” Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkün olacaq.
Qarşılaşma bu gün, 12 avqust saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. İlk oyunda Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.
© Copyright 2025, All Rights Reserved