“Qarabağ - Şelburn”: Bakı metrosunda iş rejimi dəyişdi

“Qarabağ” – “Şelburn” matçı öncəsi Bakı metrosunda xüsusi iş rejimi: üç stansiyada gücləndirilmiş tədbirlər görüləcək.
90plus.az xəbər verir ki, iyulun 30-da keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu — “Qarabağ” – “Şelburn” qarşılaşması ilə əlaqədar “Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçəcək. Oyunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacağını nəzərə alan qurum, sərnişin axınının idarə olunması üçün bir sıra tədbirlər planlaşdırıb.
Xüsusilə “Gənclik” stansiyası ətrafında təhlükəsiz və rahat sərnişin daşınmasını təmin etmək məqsədilə əlavə nəzarət mexanizmləri tətbiq olunacaq. Azarkeşlərin istiqaməti düzgün təyin edə bilmələri üçün yönləndirici əməkdaşlar və məlumatlandırıcı vasitələr işə cəlb ediləcək.
“Nərimanov” və “28 May” stansiyalarında da nəzarət tədbirləri gücləndiriləcək. Bu stansiyalarda əlavə işçi qüvvəsi və növbətçilik cədvəlləri tətbiq olunacaq.
Qatarlar yay qrafikinə uyğun hərəkət edəcək. Lakin ehtiyac yarandığı halda əlavə qatarların xəttə buraxılması üçün onlar əvvəlcədən hazır vəziyyətdə saxlanılacaq.
Qeyd: “Qarabağ” – “Şelburn” matçı iyulun 30-u saat 20:00-da başlayacaq. Oyuna azarkeş marağının yüksək olması səbəbilə metrodan istifadə edəcək vətəndaşlara öncədən planlama etmələri tövsiyə olunur.
© Copyright 2025, All Rights Reserved