“Qarabağ” UEFA-dan 65,8 milyon manat alıb
“Qarabağ” UEFA-dan 65,8 milyon manat qazanıb – digər klublara da vəsait ayrılacaq.
90plus.az xəbər verir ki, “Qarabağ” UEFA tərəfindən böyük həcmdə maliyyə vəsaiti əldə edib.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb. Nazir bildirib ki, Ağdam təmsilçisi ümumilikdə təxminən 65,8 milyon manat vəsait qazanıb.
Məlumata görə, bu məbləğ klubun avrokuboklarda iştirakı və UEFA-nın müvafiq maliyyə mexanizmləri çərçivəsində formalaşıb.
Fərid Qayıbov əlavə edib ki, UEFA-nın həmrəylik mexanizmi çərçivəsində ölkə çempionatında çıxış edən digər klublar da maliyyə dəstəyi alacaqlar. Belə ki, Premyer Liqa təmsilçilərinin hər biri təxminən 1,6 milyon manat əlavə vəsait əldə edəcək.
Qeyd: Bu mexanizm yerli klubların maliyyə imkanlarının genişləndirilməsi və futbol infrastrukturunun inkişafına xidmət edir.
© Copyright 2026, All Rights Reserved