"Qarabağ" UEFA-dan sərvət qazandı

“Qarabağ” Çempionlar Liqasında 23.77 milyon avro qazandı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edən klubların qazanc siyahısı açıqlanıb.
“Qarabağ” turnirə 2-ci təsnifat mərhələsindən başlayaraq Liqa mərhələsinə qədər irəliləyib və ümumilikdə 23.77 milyon avro gəlir əldə edib.
Siyahının lideri “Mançester Siti” olub – İngiltərə klubu Çempionlar Liqasından 64.3 milyon avro qazanıb. Onların ardınca PSJ (63 milyon avro) və “Bayern Münhen” (61.8 milyon avro) qərarlaşıb.
Beləliklə, Azərbaycan çempionu “Qarabağ” Avropanın ən nüfuzlu turnirində həm uğurlu çıxışı, həm də ciddi maliyyə gəliri ilə diqqət çəkib.
© Copyright 2025, All Rights Reserved