"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi İngiltərə klubundan qovuldu

İngiltərənin “Şeffild Yunayted” klubu baş məşqçisi Ruben Selleslə yollarını ayırıb.
90plus.az xəbər verir ki, ispaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssis mövsümün əvvəlində “Şeffild Yunayted”in baş məşqçisi təyin olunmuşdu.
Qeyd: Ruben Selles Azərbaycanda da fəaliyyət göstərib. O, “Qarabağ” və “Neftçi” klublarında köməkçi məşqçi kimi çalışıb.
© Copyright 2025, All Rights Reserved