“Qarabağ” yeni hücumçu alır

“Qarabağ” israilli futbolçunu transfer edir.
90plus.az xəbər verir ki, "Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır. Ağdam təmsilçisi İsrailin “Makkabi Hayfa” klubunda çıxış edən sol cinah oyunçusu Suf Podgoreanunu transfer etmək üzrədir.
Məlumata görə, “Transfermarkt” bu keçidin baş tutma ehtimalını 95 faiz olaraq göstərib.
Qeyd: 23 yaşlı Podgoreanu İsrail milli komandasının da üzvüdür.
© Copyright 2025, All Rights Reserved