"Qarabağ" "Zirə"ni uddu - YARIŞ QIZIŞDI
Azərbaycan Premyer Liqasında XXIV turun növbəti qarşılaşması keçirilib.
90plus.az xəbər verir ki, günün ikinci matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Köhlən atlar”ın heyətində qolları 22-ci dəqiqədə Xoni Montiel, 55-ci dəqiqədə Kamilo Duran və 72-ci dəqiqədə Kadi vurub. Meydan sahiblərinin yeganə qoluna isə 70-ci dəqiqədə Ceyhun Nuriyev imza atıb.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Zirə” isə 39 xalla 4-cü sırada yer alır.
Turun ilk oyununda “Sabah” səfərdə “İmişli” üzərində 5:0 hesablı qələbə qazanıb.
Qeyd: Ötən gün keçirilən qarşılaşmalarda “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Premyer Liqasında XXIV tura martın 15-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved