“Qarabağ”a 2 qol vuran futbolçu danışıb

"Dinamo Zaqreb"in futbolçusu Sandro Kulenoviç Çempionlar Liqasının ilk pley-off matçında "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb.
90plus.az xəbər verir ki, matça 63-cü dəqiqədə daxil olaraq dubla imza atan 24 yaşlı hücumçu bunun qürurundan danışıb:
"Bu oyunda qol vurmaq gözəl hissdir. Xüsusən də bir xorvatiyalı üçün... Mən Zaqrebdə doğulmuşam və “Dinamo”da böyümüşəm. Biz yenə də diqqətli olmalıyıq.
İstədiyimizi etdik. Azərbaycana üstünlüklə gedirik. Daha bir neçə qol vurmaq imkanımız var idi. Amma bu da gözəl nəticədir. İndi növbəti çempionat oyununa hazırlaşmalıyıq".
Komanda yoldaşı Martin Baturinanın qol ötürməsi barədə: "Baturinanın necə futbolçu olduğunu hamımız bilirik. Onun 10 nömrəli formanı geyinməyinin bir səbəbi var. Baturina qeyri-adi istedaddır. Ona verdiyi qol ötürməsinə görə təşəkkür edirəm. Bilmirəm ki, niyə özü qol vurmadı, mənə ötürmə etdi" (gülür).
Qeyd: "Qarabağ - Dinamo" cavab matçı avqustun 28-də Bakıda olacaq.
© Copyright 2025, All Rights Reserved