"Qarabağ"a ÇL-da qol vuran futbolçu İngiltərə klubunda
“Ferentsvaroş”un yarımmüdafiəçisi Aleks Tot karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə hazırlaşır.
90plus.az xəbər verir ki, “Bornmut” macarıstanlı futbolçunu transfer edib.
20 yaşlı orta xətt oyunçusu artıq İngiltərə təmsilçisində tibbi baxışdan keçib. “Bornmut” bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.
Aleks Tot “Ferentsvaroş” akademiyasının yetirməsidir. Macarıstan millisinin üzvü cari mövsümdə “ağ-yaşıllar”ın heyətində keçirdiyi 25 rəsmi oyunda 2 dəfə fərqlənib və 5 məhsuldar ötürmə edib. O, "Qarabağ"la Çempionlar Liqasının pley-offunda qarşılaşmış, Bakıda 3-2 bitən qələbədə komandasını önə çıxaran qolu vurmuşdu.
© Copyright 2026, All Rights Reserved