"Qarabağ"a pley-offa çıxdığına görə verilən SƏRVƏT

"Qarabağ" komandası pley-offa çıxdığına görə UEFA-dan mükafat qazandı.
90plus.az xəbər verir ki, Azərbaycan təmsilçisi dünən öz meydanında Şimali Makedoniyanın "Şkendiya" komandası üzərində 5-1 hesablı qələbə qazandı. Bu qələbə ilə pley-offa yüksələn komandamız artıq UEFA Avropa Liqasının liqa mərhələsini təmin edib. Buna görə də "Qarabağ" artıq kassasına 4.3 milyon avro qoymağı bacarıb. Əgər komanda liqa mərhələsinə qatılsa, bu rəqəmin 4-5 dəfə böyüməsi gözlənilir.
Qeyd: "Qarabağ" pley-offda Macarıstan təmsilçisi "Ferentsvaroş" komandası ilə duellərə çıxacaq. İlk oyun 19 avqustda səfərdə baş tutacaq.
© Copyright 2025, All Rights Reserved