"Qarabağ"a uduzdu, işindən oldu

Çempionlar Liqasının qrup mərhələsində Lissabonda “Qarabağ”a 2:3 hesabı ilə uduzan “Benfika” baş məşqçisiz qalıb.
90plus.az xəbər verir ki, klub rəhbərliyi Bruno Laqeni dərhal vəzifəsindən azad edib. “Benfika”nın prezidenti Rui Kosta mətbuat konfransında bu qərarı təsdiqləyib:
“Düşünürəm ki, bu, dəyişiklik üçün ən doğru vaxtdır. Məqsədimiz mövsümün təhlükə altına düşməsinin qarşısını almaqdır. Yeni baş məşqçi qalibiyyət ruhuna sahib olmalı, komandamızı istədiyimiz səviyyəyə qaldırmalı və bizə titullar qazandırmalıdır”.
Bruno Laqenin qovulması sentyabrın 17-də, “Qarabağ”la oyundan dərhal sonra elan olunub. Qeyd edək ki, o, 2024-cü ilin sentyabrında “Benfika”ya qayıtmış və 18 aylıq müqavilə imzalamışdı. Lakin Çempionlar Liqasındakı uğursuz nəticə və daxili təzyiqlər onun postunu itirməsinə səbəb olub.
© Copyright 2025, All Rights Reserved