"Qarabağ"a UEFA-dan sərvət
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu başa çatdıqdan sonra klubların qazancı məlum olub.
90plus.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” bu vaxta qədər ümumilikdə 30 milyon avro gəlir əldə edib.
“Köhlən atlar” bu məbləğlə siyahıda 33-cü sırada qərarlaşıb.
Siyahının lideri isə Fransanın PSJ klubudur – onların gəliri 73,2 milyon avroya çatıb.
© Copyright 2026, All Rights Reserved