“Qarabağ”dan möhtəşəm qələbə: “Araz-Naxçıvan”a 6 cavabsız qol
Misli Premyer Liqasının 23-cü turunda “Qarabağ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşma Ağdam klubunun tam üstünlüyü ilə keçib və komanda rəqibini 6:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, oyunda hesab 15-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Joni Montielin qolu ilə açılıb. İlk hissənin davamında Leandro Andrade 33 və 36-cı dəqiqələrdə fərqlənərək hesabı 3:0-a çatdırıb.
İkinci hissədə də “Qarabağ” hücumlarını davam etdirib. 64-cü dəqiqədə Kamilo Duran penalti ilə dördüncü qolu vurub. 83-cü dəqiqədə Musa Qurbanlı komandasının beşinci qoluna imza atıb. Qarşılaşmada son nöqtəni isə 89-cu dəqiqədə yenidən Kamilo Duran qoyub.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
Beləliklə, “Qarabağ” böyükhesablı qələbə qazanaraq xallarının sayını 49-a çatdırıb və turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Hazırda “Sabah” 53 xalla liderdir. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci yerdədir.
© Copyright 2026, All Rights Reserved