"Qarabağ"dan transfer həmləsi - Fransız müdafiəçi
Kiprin AEK (Larnaka) klubunun sol cinah müdafiəçisi Ceremi Qnalinin karyerasını Azərbaycanda davam etdirməsi ehtimalı yaranıb.
90plus.az xəbər verir ki, “Qarabağ” fransalı futbolçunun transferində maraqlıdır və Larnaka təmsilçisi Azərbaycan klubundan daxil olan təklifi məqbul hesab edir. AEK-də sol cinah müdafiəçisi mövqeyi üçün daha iki alternativin – Anxel Qarsiya və Xayro İskierdonun olması Qnalinin Ağdam klubuna keçidini daha real edir.
Qeyd: 23 yaşlı Ceremi Qnali cari mövsümdə AEK-in heyətində iştirak etdiyi 26 rəsmi qarşılaşmada 5 məhsuldar ötürmə ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved