"Qarabağ"dan xanımlara jest - PULSUZ BİLET
“Qarabağ” xanım azarkeşlərə xüsusi jest edib.
90plus.az xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Araz-Naxçıvan” ilə keçiriləcək ev oyununda komandaya dəstək vermək istəyən xanım azarkeşlər üçün giriş pulsuz olacaq.
Martın 8-də baş tutacaq “Qarabağ” – “Araz-Naxçıvan” matçına saat 19:15-də start veriləcək.
© Copyright 2026, All Rights Reserved