“Qarabağ”la matça tarix yazmağa çıxırıq”

“Qarabağ”la matçda tarix yazmaq üçün meydana çıxacağıq” – “Şkendiya”nın kapitanı belə deyir.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ı qəbul etməyə hazırlaşan “Şkendiya”nın kapitanı Besart İbrahimi qarşılaşma öncəsi iddialı açıqlama verib.
38 yaşlı təcrübəli forvard oyun öncəsi özlərinə inandıqlarını bildirib:
🔈 “Qarabağ”la matçlarda maksimum gücümüzü ortaya qoyacağıq. Biz özümüzə inanmalıyıq. Niyə də daha bir tarixi nəticəyə imza atmayaq ki?” – deyə makedoniyalı futbolçu bildirib.
İbrahimi vurğulayıb ki, komandanın uğuru birbaşa öz səylərindən asılı olacaq:
“Məqsədimizə çatmaq üçün var gücümüzlə çalışmalıyıq. Mən də qol vurmaq və komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. Azarkeşlərə təşəkkür edirəm – indiyə qədər bizi dəstəklədilər. Ümid edirəm ki, sabah da tribunada yer alıb bizim 12-ci oyunçumuz olacaqlar”.
Qeyd: “Şkendiya” – “Qarabağ” qarşılaşması avqustun 5-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved