"Qarabağ"la oyundan əvvəl "Benfika"da itkilər

“Benfika” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”la matça ciddi itkilərlə çıxacaq.
90plus.az xəbər verir ki, Amar Dediç və Dodi Lukebakio zədəlidir və Lissabon klubunun oyunöncəsi son məşqində iştirak etməyiblər. Onların sabahkı oyunda oynayıb-oynamayacağına baş məşqçi Bruno Laje qərar verəcək.
Manu Silva, Aleksander Ba, Bruma və Nuno Feliks isə uzun müddətdir zədə səbəbindən komandaya qoşula bilmirlər və Azərbaycan çempionu ilə matçda iştirak etməyəcəklər.
Qeyd: “Benfika” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved