“Qarabağ”ın 3-cü yay transferi Portuqaliyadan gəlib
“Qarabağ” yay transfer dönəmində növbəti heyət əlavəsini rəsmiləşdirib. Portuqaliyadan yarımmüdafiəçi gəldi!
90plus.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Portimonense” klubundan Samuel Lobatonu transfer etdiyini açıqlayıb. Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və portuqaliyalı futbolçu karyerasını Azərbaycan çempionunda davam etdirmək qərarı verib.
Klubun yaydığı məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə bağlanıb. O, yeni komandasında 28 nömrəli forma ilə çıxış edəcək.
Samuel Lobato peşəkar karyerası ərzində Portuqaliyanın bir sıra klublarının şərəfini qoruyub. Vaxtilə “Sportinq” akademiyasında formalaşan futbolçu daha sonra “Famalikao”, B SAD və “Tondela”nın da heyətində çıxış edib. “Qarabağ” onun legioner kimi ilk təcrübəsi olacaq.
Beləliklə, Lobato yay transfer pəncərəsində Ağdam klubunun sıralarına qoşulan üçüncü futbolçu olub. Bundan əvvəl Jali Mauddib və Zakaria Savonun transferləri də rəsmən açıqlanmışdı.
© Copyright 2026, All Rights Reserved