"Qarabağ"ın ÇL-dakı rəqibi hücumçusunu yollayır
“Ayntraxt” klubunun hücumçusu Elye Vahi vətəninə dönməyə hazırlaşır.
90plus.az xəbər verir ki, fransalı futbolçunun transferini “Nitsa” klubu reallaşdırıb. Bu barədə “L’Équipe” nəşri xəbər yayıb.
Tərəflər arasında artıq razılaşma əldə olunub. 22 yaşlı forvard mövsümün ikinci hissəsində icarə əsasında “Nitsa”nın formasını geyinəcək.
Elye Vahi cari mövsümdə Frankfurt təmsilçisinin heyətində iştirak etdiyi 14 rəsmi qarşılaşmada 1 qol vurub və 3 assistlə yadda qalıb.
Xatırlatma: “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la eyni qrupdadır. Komandalar arasındakı görüş 21 yanvar 2025-ci il tarixində Bakıda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved