"Qarabağ"ın ÇL-dakı rəqibində ağır itki

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi" heyətində ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, London klubunun futbolçusu Koul Palmer zədə alıb. Bu barədə komandanın baş məşqçisi Entso Mareska açıqlama verib.
İngiltərəli hücum yönümlü yarımmüdafiəçinin 2-3 həftə ərzində meydana çıxa bilməyəcəyi bildirilir.
23 yaşlı futbolçu cari mövsümdə "Çelsi"nin heyətində 10 oyuna çıxaraq 5 dəfə rəqib qapısına yol tapıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd: "Qarabağ" ilə "Çelsi" arasında qarşılaşma noyabrın 5-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved