"Qarabağ"ın ÇL-dakı rəqibindən yeni müqavilə

Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Liverpul” niderlandlı futbolçu Kodi Qakpo ilə yeni müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub 26 yaşlı hücumçu ilə bu mövsüm başa çatmalı olan əvvəlki razılaşmanı yeniləyərək uzunmüddətli müqavilə imzalayıb.
Xatırlatma: Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində “Liverpul”la 2026-cı il yanvarın 28-də qarşılaşacaq.
Kodi Qakpo 2023-cü ildən “Liverpul”un formasını geyinir.
© Copyright 2025, All Rights Reserved