“Qarabağ”ın Ç/L rəqibini müəyyən edən ilk oyun oldu

Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhləsində "Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri qarşılaşıb.
90plus.az xəbər verir ki, Maltanın “Hamrun” klubu ilə Cəbəllütariqin “Linkoln”u 1-cilərin meydanında üz-üzə gəlib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 37-ci dəqiqədə Ethan Britto vurub.
Cavab görüşü iyulun 16-da keçiriləcək. İki oyunun nəticəsinə görə üstün tərəf təmsilçimizə rəqib olacaq.
© Copyright 2025, All Rights Reserved