"Qarabağ"ın futbolçusu Kolumbiya millisinə dəvət aldı
"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə dəvət alıb.
90plus.az xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün yığmaya çağırılıb.
Daha əvvəl milli komandaya çağırılmayan vinger "Qarabağ"ın heyətində bu mövsüm göstərdiyi performansdan sonra məşqçilər korpusunun diqqətini çəkməyi bacarıb. Onun yer aldığı kollektiv martın 26-da Xorvatiya ilə üz-üzə gələcək. Komanda üç gün sonra isə Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində keçiriləcək.
Kamilo Duran 2025-ci ilin avqust ayında "Qarabağ"a transfer olunub.
© Copyright 2026, All Rights Reserved