"Qarabağ"ın futbolçusu komandadan ayrılır
90plus.az xəbər verir ki, Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç böyük ehtimalla “Qarabağ”ın heyətində son mövsümünü keçirir.
30 yaşlı futbolçu Çin, Səudiyyə Ərəbistanı və Yaponiya klublarından təkliflər alıb. Gözlənilir ki, 2026/27 mövsümünün sonunadək “Qarabağ”la müqaviləsi olsa da, yayda adıçəkilən ölkələrdən birinə keçəcək.
© Copyright 2026, All Rights Reserved