“Qarabağ”ın futbolçusu zədə aldı
“Qarabağ”ın futbolçusu Joni Montiel zədə səbəbindən oyunu vaxtından əvvəl başa vurub.
90plus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 1-ci turu çərçivəsində təxirə salınmış və hazırda davam edən “Sabah”la qarşılaşmanın ilk hissəsində zədələnərək meydanı tərk edib. Montiel matçın 25-ci dəqiqəsində Marko Yankoviçlə əvəzlənib.
Futbolçunun vəziyyəti ilə bağlı əlavə məlumatın tibbi müayinədən sonra açıqlanacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved