"Qarabağ"ın futbolçusuna Çexiya və Portuqaliya klublarından istək var
"Qarabağ"ın qapıçısı Fabiyan Buntiç mövsümün sonunda komandadan ayrılmağa hazırlaşır.
90plus.az xəbər verir ki, 29 yaşlı xorvat qolkiper artıq qərarını verərək bu barədə klub rəhbərliyini məlumatlandırıb.
Məlumata görə, Buntiçin xidmətində Çexiyanın I Liqası və Portuqaliyanın II Liqasından çıxış edən klublar maraqlıdır. Lakin transferin reallaşması üçün maraqlı tərəflər ilk növbədə "Qarabağ"la razılığa gəlməlidir.
Qeyd: Futbolçunun Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 2024-cü ildən "Qarabağ"ın formasını geyinən qapıçı əsas heyətdə kifayət qədər şans qazana bilmədiyi üçün ayrılmaq niyyətindədir.
© Copyright 2026, All Rights Reserved