“Qarabağ”ın gəncləri “Kopenhagen”ə uduzdu

UEFA Gənclər Liqasında çıxış edən “Qarabağ”ın U-19 komandası uğursuz seriyasını davam etdirib.
90plus.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərliyi altında meydana çıxan gənclər Bakıda “Azərsun Arena”da “Kopenhagen”lə qarşılaşıb. Matç qonaqların üstünlüyü ilə yekunlaşıb – 0:5.
Xatırlatma: “Qarabağ” U-19 ilk turda səfərdə “Benfika”ya böyük hesabla məğlub olmuşdu – 1:7. Danimarka klubu isə öz meydanında Almaniyanın “Bayer 04” komandasına 0:2 hesabı ilə uduzmuşdu.
© Copyright 2025, All Rights Reserved