"Qarabağ"ın hücumçusu Falkaoya çatdı
UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutan "Nyukasl" – "Qarabağ" qarşılaşmasında vurduğu qol ilə Kamilo Duran diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu Kamilo Duran Çempionlar Liqasında bir mövsüm ərzində 5 dəfə fərqlənən ikinci kolumbiyalı futbolçu kimi tarixə adını yazdırıb.
Bu göstəriciyə daha əvvəl Radamel Falkao nail olmuşdu.
Təcrübəli hücumçu 2016/2017 mövsümündə "Monako"nun heyətində çıxış edərkən 5 qol vurmuşdu.
© Copyright 2026, All Rights Reserved