"Qarabağ"ın italyan rəqibində daha bir ciddi itki
“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne A Seriyasının 8-ci turunda “İnter”lə (1:3) keçirilən görüşdə zədələnib.
90plus.az “Tuttosport”a istinadən xəbər verir ki, belçikalı ulduz penalti zərbəsini yerinə yetirərkən bud nahiyəsində ağrı hiss edib və oyunu davam etdirə bilməyib. Bir neçə dəqiqə sonra onun yerinə Matias Olivera meydana daxil olub.
Beləliklə, De Bruyne də artıq Rasmus Höylund, Stanislav Lobotka, Aleks Meret, Amir Rahmani və Romelu Lukaku ilə birlikdə “Napoli”nin zədəli futbolçular siyahısına daxil olub.
Qeyd: “Napoli” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupdadır. Komandalar arasındakı görüş noyabrın 25-də İtaliyada keçiriləcək və matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
© Copyright 2025, All Rights Reserved