“Qarabağ”ın Liqa mərhələsinə şans faizi məlum olub

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə ən yaxın komandalar arasında yer aldı.
90plus.az xəbər verir ki, “Football Rankings”in hesablamasına görə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlardan sonra Liqa mərhələsinə yüksəlmə ehtimalları açıqlanıb.
Rəqəmlərə əsasən, “Qarabağ” bu mövsüm qrupa düşmək baxımından ən real şansa malik komandalar sırasında qərarlaşıb. Ağdam təmsilçisinin növbəti mərhələyə adlama ehtimalı 92 faiz göstərilib. Rəqib “Ferensvaroş”un şansı isə cəmi 8 faizlə dəyərləndirilib.
Digər cütlüklərdə ehtimallar belədir:
Qeyd: "Qarabağ” cari mövsüm avrokubokların təsnifat mərhələsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb – 5 oyunun 5-də də qalibiyyət. Komanda bu matçlarda 13 qol vurub, cəmi 2 qol buraxıb.
© Copyright 2025, All Rights Reserved