"Qarabağ"ın matçı xanım azarkeşlərinə pulsuzdur
“Qarabağ” klubu xanım azarkeşlər üçün diqqətçəkən təşəbbüs nümayiş etdirib.
90plus.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, vacib oyun öncəsi komandaya dəstək vermək istəyən qadın azarkeşlər üçün stadiona giriş pulsuz olacaq.
Belə ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı keçiriləcək ev qarşılaşmasında xanımlar biletsiz şəkildə oyunu izləyə biləcəklər.
Qeyd: Matç aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
© Copyright 2026, All Rights Reserved